Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 13:58:00
BU SAYDA ŞƏXS dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Bu gün saat 13:55-ə olan məlumata görə, 48 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibə sentyabrın 29-da başa çatacaq.

 

Qeyd edək ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.