Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 12:00:00
Azərbaycanda təhsil üçün avadanlıqlar 2 il müddətinə gömrük rüsumundan azad edilir

Azərbaycanda təhsil məqsədi ilə ölkəyə idxal olunan avadanlıqların 2 il müddətinə gömrük rüsumundan azad edilmsəi nəzərdə tutulub.

 

Bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.

 

"Təkcə 2020-ci ildə həmin avadanlıqların idxalı üçün təxminən 3 milyon manat gömrük rüsumu, 600 min manata yaxın əlavə dəyər vergisi (ƏDV) ödənilib. Bu qərar məktəblərin aşağı qiymətə daha çox məhsul idxal etməsinə imkan verəcək", - deyə o, qeyd edib.

 

report