Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-20 15:41:00
UNEC rektoru "Yaradıcı Sənaye 4.0: Yeni Qloballaşan Mədəni İqtisadiyyata Doğru" panelində iştirak edib

 

UNEC rektoru, proffessor Ədalət Muradov "Azərbaycanda Mədəniyyət İqtisadiyyatı: Şuşadan İnkişafı İmpulsları" konfransı çərçivəsində "Yaradıcı Sənaye 4.0: Yeni Qloballaşan Mədəni İqtisadiyyata Doğru" panelində iştirak edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə rektor öz sosial şəbəkə hesabında məlumat yayıb:

 

“Bu gün Azərbaycan Respublikasə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin İqtisasiyyat İnstitutunun təşkil etdiyi "Azərbaycanda Mədəniyyət İqtisadiyyatı: Şuşadan İnkişafı İmpulsları" konfransı çərçivəsində "Yaradıcı Sənaye 4.0: Yeni Qloballaşan Mədəni İqtisadiyyata Doğru" panelində yaradıcı sənayenin Azərbaycanda inkişafı perspektivləri, vəd etdiyi üstünlüklər və yarada biləcəyi çağırışlar haqqında fikirlərimizi bölüşdük. Mövzu olduqca aktual, maraqlı, düşündürücü və faydalıdır. Konfransın işinə uğurlar diləyir, dəvətə görə təşkilarçılara təşəkkür edirəm”.