Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-19 17:42:00
AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu sentyabrın 20-dək davam edəcək.


AzEdu.az xəbər verir ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.


Qəbul olmaq istəyənlər müvafiq sənədləri elektron qaydada təqdim etdikdən sonra müəyyən tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.


Namizədlər ətraflı məlumat üçün [email protected] ünvanına yaza bilərlər.