Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-19 14:44:00
AzTU-da DİM və ACCA nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Dövlət İmtahan Mərkəzinin (DİM) və ACCA assosiasiyasının Türkiyə qolunun (Türkiyə, Azərbaycan və Gürcüstan) nümayəndələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşün məqsədi AzTU-nun İqtisadiyyat və idarəetmə fakültəsində maliyyə və idarəetmə, həmçinin peşəkar mühasib sertifikatlarına bərabər sayılan imtahanların təşkili üçün sillabus və tədris proqramlarının beynəlxalq mühasibatlıq standartlarına uyğunlaşdırılması istiqamətində danışıqlar aparmaqdan ibarət olub.

 

Qeyd edək ki, işçi görüşlər mütəmadi olaraq davam etdiriləcək.