Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 12:10:00
Şəhidimizin oğlu bu gün I sinfə ayaq basır  

Bu il ilk dəfə məktəbə ayaq basan  şagirdlər arasında Şəhid övladları da var. Onlardan biri də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin ötən gün şəhid olan giziri 31 yaşlı Nəzər Əzizovun oğlu Uğur Əzizovdur.

 

AzEdu.az xəbər verir ki, bu barədə şəxsi feysbuk səhifəsində paylaşım edən  jurnalist Hafiz Əhmədov aşağıdakıları qeyd edib:

 

"Bu gün o da birinci sinfə getməli idi. Bilmirəm, getdimi, getmədimi? Kimsə kədərdən, yasdan vaxt tapıb onu əlindən tutub məktəbə apardımı, aparmadımı? Bilmirəm... Tək bildiyim budur ki, atası günlər öncə onu bazara aparıb məktəbli forması almışdı. Əynindəki bu ağ köynəyi də bu gün məktəbə geyinməli idi. Atası almışdı. Atası onu bərbərə aparıb saçlarını da düzəltdirmişdi. Bu gün atasının əlindən tutub məktəbə ilk addımını atacaqdı, birinci sinfə qədəm qoyacaqdı. Amma ötən gün atası ilə əbədi olaraq vidalaşdı. Atasını torpağa əmanət edən Uğur bala "Mən Nəzərin igid balasıyam. Mən atamla fəxr edirəm", - deyib".