Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 08:00:00
Azərbaycan və Ermənistan arasında atəşkəs elan OLUNDU

Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub.

 

Azedu.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

 

Onun sözlərinə görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər.

 

Qriqoryan qeyd edib ki, razılaşma beynəlxalq ictimaiyyətin iştirakı sayəsində əldə olunub.

 

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.