Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-08 17:32:00
BMU-da yeni tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ilinə
hazırlıq vəziyyəti, o cümlədən qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı
müşavirə keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və
Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin geniş vüsət almasından söz
açan BMU-nun rektoru, professor Havar Məmmədov xüsusən Zəngilan
rayonunda “Ağıllı kənd” layihəsi çərçivəsində yenidən salınmış Ağalı
kəndinə əhalinin köçürülməsini, Laçın şəhərinə yerləşən Azərbaycan
Ordusu tərəfindən Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini
ölkəmizin növbəti tarixi nailiyyətləri olduğunu vurğulayıb.

 

Rektor, eyni zamanda ölkə Prezidenti tərəfindən göstərilən diqqət,
qayğı və dəstəyin bütün sahələrə, o cümlədən təhsil sektoruna yeni töhfələr
verdiyini bildirib, ali təhsilin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan
danışıb.

 

Yeni tədris ilinin başlanması münasibətilə təbriklərini dilə gətirən
Havar Məmmədov bu il BMU-ya qəbul üzrə yüksək göstəricilərin qeydə
alındığını, universitetə bakalaviatura səviyyəsi üzrə qəbul planının 97.78
faiz dolmasının uğurlu nəticə olduğunu nəzərə çatdırıb. BMU-ya bakalavr
pilləsinə qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların
sayı 2 dəfədən çox artdğını deyən rektor 500 baldan çox bal toplayanların
sayının isə 70 faizi ötdüyünü söyləyib.

 

BMU-nun yeni dərs ilinə hazırlıq vəziyyəti ilə əlaqədar bir çox
nüansları önə çəkən rektor xüsusən tədris yükünün bölüşdürülməsi,
kadrların təkmilləşdirilməsi, universitet auditoriyalarının tərdris prosesinə
hazırlığı, laboratoriyaların təchizatı, nizam-intizam qaydalarına ciddi riayət
olunması və s. məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda, rektor bir sıra istiqamələrtdə qarşıda duran perspektiv
məsələləri diqqətə çatdırıb.

 

Daha sonra Tədris işləri üzrə prorektor Həmzağa Orucov, Tərbiyə
işləri üzrə prorektor Bayram Hüseynzadə və digərləri universitetdaxili
məsələlərələ bağlı fikirlərini bildiriblər.