Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-07 16:51:00
AzTU 4-cü “ADEX” sərgisində iştirak edir-FOTO

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi öz işinə başlayıb. 

 

AzEdu.az xəbər verir ki, “ADEX-2022” Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisidir. 

 

Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycanın və dünyanın 200-dən çox şirkətini bir araya gətirir. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. 

 

Regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə ali məktəb olan Azərbaycan Texniki Universiteti (AzTU) də sərgidə öz stendi ilə təmsil olunur. AzTU-nun rektoru və əməkdaşları universitetin stendi ilə tanış olub. Eyni zamanda, AzTU-nun əməkdaşlıq etdiyi dünyanın müdafiə sənayesi sahəsi üzrə tanınmış şirkətlərinin də nümayiş etdirdiyi məhsullara baxış keçirilib. 

 

Sərgidə ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış olmaq mümkündür.

 

“ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.