Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 12:54:00
AzTU-ya qəbul olunan abituriyentlərin nəzərinə!

Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunan abituriyentlər sentyabrın 12-dən siyahıda qeyd olunan sənədləri universitetə təqdim etməlidir. (qeyd: bölgələrdə yaşayanlar sənədlərini sentyabrın 15-i təqdim edə bilərlər)

 

Sənədlərin siyahısı:

·Attestatın əsli və surəti – 3 ədəd

·Kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında diplom, diplom əlavəsi və ya arayışın əsli və surəti – 3 ədəd  

·Şəxsiyyət vəsiqəsinin surəti - 5 ədəd

·3x4 ölçüdə fotoşəkil - 6 ədəd 

·Hərbi biletin (bütün səhifələri) və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin (2-3 və 4-5-ci səhifələr) surəti - 2 ədəd

·Təhsil haqqı üçün ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil alanlar üçün) surəti - 3 ədəd

·Tərcümeyi-hal (əlyazma)

·Müqavilə - AzTU ilə tələbə arasında bağlanılacaq (18 yaşı tamam olmayan abituriyentlərin müqaviləsini valideyni də imzalamalıdır)

 

Qeyd: Sənədlər ipli kağız qovluqda təqdim olunmalıdır!

 

İmtiyazlı (təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək) abituriyentlər üçün tələb olunan sənədlər:

 

1. Məcburi köçkünlər.

- Abituriyentin şəxsiyyət vəsiqəsinin surəti;

- Abituriyentin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

 

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları.

- Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti və əlilliyi olan valideynin şəxsiyyət vəsiqəsinin surəti;

- Abituriyentin  doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

 

3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri.

- Ailə üzvünün şəhid olmasını təsdiq edən sənədin (ölüm haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;

- Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

- Abituriyentin şəhid ailəsi üzvü olduğunu təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti.

 

Qeyd: "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" AR qanununun 1-ci maddəsinə əsasən şəhid ailəsinin üzvləri hesab edilən şəxslər bunlardır:

 

Peşə təhsili, orta ixtisas təhsili,ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar (Ər-arvad, valideyn, övladları, qardaşlar və bacılar) isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək (ən çoxu 23 yaşına çatanadək);

 

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş  və ya bir valideyni vəfat etmiş, digər valideyni isə I və II dərəcə əlil olan 23 yaşınadək şəxslər.

- Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

- Valideynlərdən birinin vəfat etdiyini təsdiq edən sənədin, digər valideynin isə I yaxud II dərəcə əlil olduğunu təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti;

- Valideynin şəxsiyyət vəsiqəsinin surəti;

- Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

 

5. I və II dərəcə əlilliyi olan şəxslər.

- Abituriyentin şəxsiyyət vəsiqəsinin surəti;

- Abituriyentin əlilliyini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti.