Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 09:54:00
AzTU tələbələri iməcilikdə iştirak edib

Yeni tədris ilinin başlanması ərəfəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT) və tələbə-rektorunun təşkilatçılığı ilə universitetin həyətyanı sahəsində iməcilik təşkil olunub.

 

“Universitetimizi gözəlləşdir, sev, qoru!” layihəsi çərçivəsində keçirilən iməcilikdə tələbə təşkilatlarının fəalları universitetin həyətyanı sahəsinin abadlaşdırılması və tədris korpuslarının ərazisində təmizlik işlərinin görülməsində iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, yeni tədris ilindən AzTU-da tələbələrdən ibarət “Green team” formalaşdırılacaq, həmçinin mütəmadi olaraq ekoloji aksiyalar təşkil olunacaq.