Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 17:05:00
Azərbaycanda daha 437 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 8 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, 9 813 nəfər vəfat edib, aktiv xəstə sayı 3 346 nəfərdir.

Ölkədə son sutka ərzində 3 191, hazırkı dövrədək isə 7 162 508 test aparılıb.