Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 16:50:00
BMU-nun qəbul planı 97.78 faiz dolub  

Dövlət İmtahan Mərkəzinin 2022/2023-cü tədris ili üçün açıqladığı Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinə (BMU) qəbul üzrə yüksək göstəricilər qeydə alınıb. 

 

AzEdu.az xəbər verir ki, universitetə bakalaviatura səviyyəsi üzrə qəbul planı 97.78 faiz  dolub.

 

Bundan başqa, BMU-nu seçən yüksək ballı tələbələrin sayında da əhəmiyyətli artım müşahidə olunub. Belə ki, ötən tədris ili ilə müqayisədə BMU-nun bakalavr pilləsinə qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayı 2 dəfədən çox artıb. 500 baldan çox bal toplayanların sayı isə 70 faizi ötüb.

 

Məlumat üçün bildirək ki, bu il BMU-nun bakalavr pilləsində 25 ixtisas üzrə, ümumilikdə 1028 plan yeri ayrılmışdı ki, onlardan 680-i Azərbaycan, 348-i isə ingilis bölməsinin payına düşürdü.

 

2022-2023-cü tədris ili üzrə BMU-ya qəbul olanların 72 faizi dövlət sifarişi, 28 faizi isə ödənişli əsaslarla təhsil alacaq.

 

BMU-nu seçən tələbələrin qeydiyyatı ilə bağlı zəruri informasiyalar universitetin saytında (www.beu.edu.az) və sosial şəbəkə hesablarında yerləşdirilib. Universitetdə sənəd qəbulu komissiyası fəaliyyət göstərir (tel: (012) 349 99 98, I-V günlər, saat 10:00-17:00, fasilə 13:00-14:00).