Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 11:48:00
BMU-nun yataqxanalarına qeydiyyatla bağlı məlumat

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin yataqxana qeydiyyatı onlayn formada  2-12 sentyabr 2022-ci il tarixlərində saat 12:00-dan 17:00-dək həyata keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, tələbələr müvafiq məlumatları qeyd olunan müvafiq elektron poçt ünvanlarına (oğlanlar yataqxanası - [email protected] qızlar yataqxanası - [email protected]) göndərməlidirlər:

  •       Ad, soyad, ata adı;
  •       Fakültə və kurs;
  •       Faktiki yaşayış ünvanı;
  •       Əlaqə nömrəsi;
  •       COVİD -19 pasportu (18 yaşı tamam olmuş tələbələr üçün)

 

Məlumat üçün bildirək ki, yataqxanaya yerləşdirmə zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü (hər 2 valideynini itirmiş, hər hansı valideyn himayəsindən məhrum, şəhid ailəsi, Qarabağ əlili ailəsi və s.) olan tələbələrə üstünlük veriləcək.

 

Əlavə məlumat üçün əlaqə vasitələri:

 

Oğlanlar yataqxanası: (050) 430 09 79

 

Qızlar yataqxanası: (055) 809 57 77