Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 11:05:00
Abituriyentlər niyə boş qalan yerlərə seçim edə bilmir?-DİM AÇIQLAMA  

 

Boş qalan yerlərə ixtisas seçimi sentyabrın 2-dan 7-dək internet vasitəsilə aparılacaq.

 

Lakin səhifəyə daxil olan istifadəçilər seçim etmək imkanı əldə edə bilməyiblər.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə və 11 illik bazada kolleclərə ixtisas seçimi səhifəsi yaxın saatlarda aktiv olunacaq.

 

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları