Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 13:30:37
“Savadlı gənclərə hər zaman iş var” – Misir Mərdanov  

Ötən gün Azərbaycanın ali məktəblərinə qəbulun cavabları açıqlanıb. Nəticələr göstərir ki, bu il abituriyentlər daha çox kompüter mühəndisliyinə və informasiya texnologiyalarına üstünlük veriblər. 

 

Tələbələrin kütləvi şəkildə bu ixtisaslara maraq göstərməsi nədən qaynaqlanır? Eləcə də digər ixtisaslara marağın azalmasının səbəbi nədir? 

 

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov bildirib ki, gənclər dövrün tələbinə uyğun olaraq kompüter mühəndisliyi və buna uyğun digər ixtisaslara daha çox üstünlük verirlər.

 

“Bu sahədə gənclərə də, müəllimlərə də çox böyük ehtiyac var. Buna görə də dövrün tələbini nəzərə alaraq gənclər kompüter mühəndisliyi, informasiya texnologiyaları kimi ixtisaslara üstünlük verirlər. Gənclərin seçiminə hörmətlə yanaşırıq, onları zorla bu yoldan döndərə bilmərik. Həmin tələbələrə uğurlar arzulayıram, gələcəyi doğru hədəfləyirlər. Zaman dəyişdikcə, tələblər də dəyişir.

 

Gənclərin kütləvi şəkildə kompüter ixtisaslarına üstünlük verməsində ciddi narahatlıq yoxdur. Həmin ixtisaslara qəbul olan gənclər 500-dən yuxarı bal toplayan qabiliyyətli gənclərdir. Ölkəmizdə savadlı, qabiliyyətli gənclərə hər zaman iş var”, - deyə keçmiş nazir vurğulayıb.