Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-28 16:49:00
Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilib

İmtahanda 105 nəfər iştirak edib

 

AzEdu.az xəbər verir ki,2022-ci il avqustun 27-də DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirilib.
 

İmtahanda 3 əcnəbi olmaqla, ümumilikdə 105 nəfər iştirak edib.

 

Növbəti SAT imtahanının 2022-ci il oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in internet saytından əldə etmək olar:http://dim.gov.az/activities/exams/sat/