Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-24 10:05:04
Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir  

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu gün saat 10:00-a olan məlumata görə, 49815 ixtisas seçimi ərizəsi təsdiq edilib.

 

DİM abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiqləmiş abituriyentlər iştirak edə biləcəklər.

 

Abituriyentlər (o cümlədən subbakalavrlar) “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil olub seçimlərini etməlidirlər.

 

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri”, habelə müsabiqə şərtləri barədə məlumat DİM-in saytında yerləşdirilib.