Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-23 15:18:50
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu tarixdə aparılacaq  

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 25-dən 30-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər. Jurnalda “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.