Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 13:13:15
II qrupda 2 mindən çox plan yeri BOŞ QALACAQ

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

AzEdu.az həmin nəşrə istinadən xəbər verir ki, II ixtisas qrupu üzrə imtahan nəticələrində ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən aşağı olmayan 6039, ümumi balı 150-dən və imtahan ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 9804 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, II ixtisas qrupu üzrə 4040-ı dövlət sifarişli olmaqla, ümumilikdə 12 min 232 plan yeri ayrılıb. Bu isə o deməkdir ki, həmin ixtisas qrupu üzrə 2428 plan yeri boş qalacaq.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları