Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 12:18:00
Qrupları üzrə ayrılan dövlət sifarişli yerlərin sayı -DİQQƏT

 

DİM tərəfindən qruplar üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalar dərc edilib.

 

Kitabçalarda I və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yer alıb.

 

AzEdu.az I, II, III, IV ixtisas qrupları üzrə ayrılan dövlət sifarişli yerlərin sayını təqdim edir:

 

I qrupda 16 419 plan yeri ayrılıb ki, bunlardan 12 275-i Azərbaycan, 935-i isə Rus bölməsini əhatə edir. Dövlət sifarişli yerlərin sayı isə 10 785-dir.

 

II qrupda 12 232 plan yeri ayrılıb ki, bunlardan 9 415-i Azərbaycan, 620-si isə Rus bölməsini əhatə edir. Dövlət sifarişli yerlərin sayı isə 4 40-dır.

 

III qrupda 15 157 plan yeri ayrılıb ki, bunlardan 11 617-i Azərbaycan, 1300-ü isə Rus bölməsini əhatə edir. Dövlət sifarişli yerlərin sayı isə 4 593-dür.

 

IV qrupda 3 980 plan yeri ayrılıb ki, bunlardan 3 170-i Azərbaycan, 300-ü isə Rus bölməsini əhatə edir. Dövlət sifarişli yerlərin sayı isə 2635-dir