Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 11:32:00
I qrupda 2000-dən yuxari abituriyent universitetə qəbul ola BİLMƏYƏCƏK-DİQQƏT

 

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

 

AzEdu.az həmin nəşrə əsasən xəbər verir ki, I qrupun imtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən aşağı olmayan 13982, ümumi balı 150-dən və imtahan ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 19030 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. 

 

Qeyd edək ki,  I qrup üzrə 16419plan yeri ayrılıb. 10785 abituriyent isə dövlət sifarişli əsasında təhsil almaq imkanına sahibdir.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları