Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-14 17:15:00
Məşhurların uğursuz məktəb həyatı - Onlar kimlərdir?  

Bu gün  müvəffəqiyyətli olan  heç kim həyat boyu uğur qazanmayıb. Məktəb həyatı hər kəs üçün əhəmiyyətlidir, lakin  hər kəsin  uğurlu olması  əlbəttə ki, mümkün deyil.

 

Məktəbdəki uşaqların uğursuzluqları  onların gələcəyini dəqiq müəyyən etmir.

 

AzEdu.az məktəb həyatında uğursuz olan  məşhurları təqdim edir:

 

Tomas Alva Edison

 

Tomas Edison   teleqrafı, telefonu, kino aparatını  təkmillləşdirib, elektrik lampasını sənaye  üsulu ilə  istehsalını təşkil edib. O, həmçinin  elektrovoz istehsalına başlayıb, fonoqraf   kəşf etmişdir.  Buna baxmayaraq onun məktəb həyatı  uğursuz olub. Orta məktəbdə o, cəmi 3ay oxuyub, sonra isə məktəb rəhbərliyi tərəfindən uzaqlaşdırılıb.  Lakin bu vəziyyət  Edisonun kimyaya, fizikaya olan marağına təsir etməyib.

 

Albert Eynşteyn

 

Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə  Nobel mükafatı laureatı,   eyni zamanda ən ağıllı elm adamı olaraq qəbul edilən Albert Enşteyn özünə qapalı, oyun oynamaqdan xoşlanmayan,  3 yaşına qədər danışa bilməyib. O, ilk məktəb illərində  dərslərdə çox geridə qalıb, müəllimləri  valideynlərinə Albertdən hər zaman şikayət edib  və məktəbdən uzaqlaşdırılıb.

 

İsaak Nyuton

 

İngilis fiziki, riyaziyyatçısı, astronomu, ixtiraçısı, astronomu fəlsəfəçisi, kimyaçı alim olan İsaak Nyutonun Elmi inqilabın baş verməsində  və heliosentrizmin inkişafında böyük rolu olub. Nyuton həmyaşıdları kimi hərəkətli deyildi, buna görə də  dostları ilə oyun oynamağı xoşlamazdı. Onun da məktəb həyatı uğursuz olub.

 

Lüdviq van Bethoven

 

Dünya  musiqi tarixinin ən görkəmli  bəstəkarlarından biri  Bethovendir. Avropa  klassik musiqisində  klassisizmdən romantizmə keçid  dövrünün həlledici fiqurudur.  Musiqisi   özündən sonra gələn  bəstəkarlar nəslinin formalaşmasında misilsiz  rol  oynamışdır.  Spirtli içki aludəçisi olan atası  4 yaşından  etibarən Bethovenə musiqi  dərsi verməyə başlayıb.  Buna baxmayaraqöyrənmə istəyi olmadığı səbəbiylə  məktəbdən uzaqlaşdırılıb.

 

Bill Qeyts

 

Microsoft şirkətinin  yaradıcısı, dünyanın ən varlı  şəxslərindən biri, kompüter  maqnatı,  Microsoft koorporasiyasının banisi və sahibi olmasına baxmayaraq Billin də  məktəb həyatı uğursuz olub.

 

Benjamin Franklin

 

Yüksək intellektə sahib olan  Benjamin Franklin  yazıçı,  satirist, siyasi nəzəriyyyəçi,  siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi  tanınmışdır.  Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır.  Benjamin Franklin ABŞ-ın baniləri arasında  yeganə şəxsdir ki, Amerika  Birləşmiş Ştatlarının  yaranmasında əsas rol oynayan  hər üç  sənədə imza  atmışdır. Bunlar  ABŞ İstiqlal Bəyannaməsi koloniyasının müstəqillik uğrunda apardığı müharibəni  bitirən 1783-cü il Versal sülh müqaviləsidir.  Lakin bunlara baxmayaraq onun da məktəb həyatı uğursuz olub.

 

Maykl  Jordan

 

Əfsanəvi basketbolçu kimi tanınan Maykl Jordan liseydə oxuduğu zaman məktəbin basketbol seçmələrinə qatılır, lakin qısa boylu  və çəlimsiz  olduğu üçün  komandaya almırlar. Buna baxmayraq  o, basketboldan ayrılmır.