Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-14 15:19:00
Fərqli düşüncələri və yüksək elmlərinə görə cəzalandırılan alim - Filosoflar  

Elm dünyasında cığır açan  alimlərə  təəssüf ki,   tarix boyu dar düşüncəyə sahib olan insanlar tərəfindən müxtəlif əziyyətlər edilib, bəziləri  hətta öldürülüb. 

 

AzEdu.az bu acı aqibətlə üzləşən nəhəng alim və filosoflar haqqında yazını təqdim edir: 

 

Qalileo Qaliley 

 

İtalyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu olan Qalileo Qaliley elmi inqilabda böyük bir rol oynayıb. Qalileo, "müasir astronomiyanın atası", "müasir fizikanın atası", "elmin atası" və "müasir elmin atası" olaraq adlandırılmaqdadır. Dinamika sahəsindən bəhs edən “mexanika” kitabı işıq üzü 1593-cü ildə görür. 1604-cü ildə Qaliley yeni ulduz kəşf edir. İlk olaraq müasir teleskopu  1609-cü ildə  düzəldir. Teleskop vasitəsilə Qaliley ayın səthində dağları, 1610-cu ildə isə Yupiterin 4 peykini kəşf edib.  Həmçinin, bu cihazın   köməyilə Qaliley  sübut edib ki,  Yer kainatın mərkəzi deyil,  o digər  planetlərlə birlikdə  Günəşin ətrafında  hərəkət edir. Qatı dindar olmasına baxmayaraq, kilsə onun kəşflərindən  narazı qalır və Qalileyi dinsiz adlandırmağa başlayır. O, Tanrını inkar etmir, sadəcə onun böyüklüyünü  və elmin inkişafına xeyrlərini dünyaya  aşılamaq istəyirdi. Qalileo Romaya gedərək, bunu təbliğ etmək istəyir,  lakin 1616-cı ildə Roma  geliosentrizmi təhlükəli  sahə elan edərək tədrisinə qadağa qoyur. Günəşin mərkəzdə dayanması  və yerin onun ətrafında  hərəkət  teoriyası  kilsə tərəfindən uzun müddət qəbul edilmədi. Qaliley kilsə xadimləri tərəfindən həbs olundu. Ona orada bir sıra təzyiqlər edildi. Qaliley təzyiq altında  ona verilən mətni camaat qarşısında  səsləndirdi.  Daha sonra cəza kəsildi, Qalileyi bidətçi  kimi Papanın təyin etdiyi  müddətdə həbs edildi. O, 5 ay  dostunun evində qaldıqdan sonra  vətəninə göndərilir. Burada o, ömrünün sonuna kimi ev dustağı kimi yaşayır. 

 

Aristotel - Qədim dünyanın ən böyük filosoflarından biri olub. Onun elmi fəaliyyəti nəticəsində qədim yunan fəlsəfəsi ən parlaq dövrlərini yaşaya bilib. O, ilk dəfə insan düşüncəsinin bütün sahələrini əhatə edən fəlsəfi sistem yarada bilib; məntiq, təbiət, metafizika, ontologiya, əxlaq, dövlət, ritorika, poetika və s. sahələrinə aid əsərlər yazıb.  Aristotel Frakiyanın Stagira şəhərindən idi. Platonun  tələbəsi olub. 

 

Müəlliminin ölümündən sonra bir müddət Kiçik Asiyada yerləşən Atarne, sonra isə Militena şəhərində yaşayıb. Gənc yaşlarından elmə və fəlsəfəyə böyük maraq göstərib. Aristotel e. ə. 367-ci ildə Afinaya köçərək, Platonun Akademiyasında fəaliyyət göstərib. E.ə. 343-cü ildə Makedoniya kralı Filippin dəvəti ilə Makedoniyaya köçüb, onun sarayında gənc şahzadə Aleksandrın (Makedoniyalı İskəndərin) müəllimi olub. Aleksandrın ölümündən sonra Afinada makedoniyalıların tərəfdarlarını təqib etməyə başlayıblar. Ona görə Aristotel m. ö. 322-ci Euboia adasında yerləşən Xalkida şəhərinə köçüb və orada dünyasını dəyişib. 

 

Hipatiya- riyaziyyatçı, astronom və filosof  olan Hipatiya böyük alim kimi  tanınıb və müəllimlik edib. Çox ağıllı və bilikli, hamı üçün ünsiyyətə açıq və sadə qadın olub. Fəlsəfəni öyrənmək istəyənlər onun dərslərinə gəlirdilər. O dövrdə xristianlıq Romada hakim dinə çevrilib. Dini fanatizm bütün imperiyanı bürüyüb, xristianlar bütpərəst saydıqları antik mədəniyyəti və elmi darmadağın edir, alimləri və filosofları təqiblərə məruz qoyurdular. Antik mədəniyyətin mərkəzlərindən biri olan İskəndəriyyədə də bu proseslər gedirdi. Hipatiya isə o zaman dini fanatizmə qarşı çıxış edib. O, İskəndəriyyənin siyasi həyatına fəal qatıldığına və şəhər başçısı  Orestesə yaxın olduğuna görə yerli xristian icmasının ona qarşı nifrəti ilə üzləşib. Xristianlar onu bütpərəstlik, dinsizlik və əxlaqsızlıqda günahlandırıb. Hipatiyanın alimliyi, dini ehkamlara şübhələrlə yanaşması, dini fanatizmə qarşı çıxması, sərbəst davranışı xristianları qıcıqlandırırdı. Buna görə İskəndəriyyə yepiskopu, sonralar kilsə müqəddəsi elan olunan Kiril  ona qarşı çıxış edib, onu çoxlu günahlarda ittiham edib.

 

Sonda Kirilin fanatik tərəfdarları Hipatiyaya hücum çəkib, onu kilsəyə gətirərək orada diri-diri parçalayaraq edam edib.  

 

Sokrat - Müdrik insan kimi şöhrət qazanan  Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Onun özünəməxsus mübahisə üslubu olub. O, həm də doğruluğun həqiqətin tərəfdarı, sözü üzə deyən olub. Buna görə onu bəzi adamlar sevməyib, onunla düşmənçilik edib. Xüsusən onu varlılar  və sofistlər heç sevmirdi.

 

O zaman Sokrata qarşı olanlar onu dövlətin dayaqlarının dağıdılmasında və təhlükəli təbliğatın aparmasında ittiham edib mühakimə ediblər. Onu həm də gənclərin əxlaqının pozulmasında, qədim tanrıları inkar edərək yeni tanrılar kultunun yaradılmasında günahlandırıblar.  

 

Əsas ittihamçı Anit adlı demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü qorxmaz insan kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib…Məhkəmə zamanı Sokrat özünü çox məğrur aparıb. Müdafiəsinə çalışmayıb Məhkəmənin qərarı ilə Sokrat zəhər içərək intihar edib. 

 

Pifaqor - İlk qədim yunan filosflarından olan   Pifaqor, dövrünün ən bilikli adamlarından biri, eyni zamanda, bir çox elmi nəzəriyyələrin yaradıcısı olub. Onun ən məşhur elmi kəşfi “Pifaqor teoremi” adlanan düzbucaqlı üçbucağın hipotenuz ilə katetlərinin nisbəti qanunudur. Cüt və tək ədədli rəqəmlər haqqında riyaziyyat təlimini, rəqəmlərin həndəsi anlamı nəzəriyyəsini də Pifaqor kəşf edib. Daha sonra Pifaqor Krotonada “Pifaqorçular ittifaqı”  adlı dini-fəlsəfi cəmiyyət yaradıb və ona başçılıq edib. Ancaq bir müddət sonra Krotonada siyasi durum gərginləşib, şəhər sakinləri pifaqorçuların fəaliyyətindən ehtiyat edərək, bu məktəbi darmadağın ediblər. Pifaqorun da o hadisələrdə öldürüldüyü güman edilir. Ancaq başqa xəbərlərə görə o, baş verən hadisələrdən üzülərək özünü aclığa məruz qoyaraq ölüb.