Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-08 10:39:00
UFAZ-a qəbul imtahanı nəticələri bu tarixdə AÇIQLANACAQ

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022-2023-cü tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul imtahanı nəticələrinin açıqlanacağı gözlənilir.

 

Bu barədə AzEdu.az-a UFAZ-dan məlumat verilib.

 

Qəbul imtahanında abituriyentlər riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi dünyagörüşü üzrə sualları cavablandırıblar. Yekunda ən çox bal toplamış 160 namizəd UFAZ-ın tələbəsi olacaq.