Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-04 10:26:00
I qrup üzrə ixtisas seçəcək şəxslərə vacib tövsiyələr - Bunlara diqqət edin

I ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:


AzEdu.az DİM-istinadən xəbər verir ki, “riyaziyyat”, “fizika” və “kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır.

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədris ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunlarıüçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
 

  Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən vəimtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumibalı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:


- Meliorasiya mühəndisliyi.
- Texnologiya müəllimliyi.
- Ekologiya mühəndisliyi.-

 

Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılanyerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:


- Aqronomluq.
- Balıqçılıq.
- Meşəçilik.
- Şərabçılıq.
- Torpaqşünaslıq və aqrokimya.
- Yerquruluşu və daşınmaz əmlakın kadastrı.
- Zoomühəndislik

Gülcahan Məmmədova
Müəllifin digər yazıları