Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 13:40:00
Bu inkişaf etmiş ölkədə tələbələrin durumu ağırdır – 6 nəfərdən biri dərsə gəlmir  

Ali təhsil keyfiyyətinin artırılması üçün işlər görən ölkələrdən biri də Avstraliyadır. Qəribəsi odur ki, 18 500 tələbə arasında aparılan araşdırma zamanı bu ölkədəki tələbələrin önəmli iqtisadi problemlərlə üz-üzə qaldıqları məlum olub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyadakı hər üç tələbədən birinin gəliri xərclərindən aşağıdır. Onların 15%-i qida ehtiyaclarını belə ödəməkdə çətinlik çəkdiyi halda, 58%-i təhsilini iqtisadi problemlərlə başa vurmalı olur.

Avstraliyanın 38 universitetinin əhatə edən araşdırma son 5 ildə tələbələrin maddi durumlarında ciddi dəyişikliklər olduğunu aşkara çıxarıb. Onlar burada təhsili aşağı xərclərlə idarə etməyə çalışırlar. Universitetlər isə digər əcnəbi ali təhsil müəssisələrindən fərqli olaraq tələbələrin yaşayış, sağlıq və qida ehtiyacları baxımından tələbələrə kifayət qədər dəstək verə bilmirlər. Onlar maddi ehtiyaclarını qarşılamaq üçün dərs zamanı belə iş başında olmaq məcburiyyətində qalırlar. Avstraliyadakı hər altı əcnəbi tələbədən biri dərsə davamlı gələ bilmir.  

Nyu Yorkda yerləşən NAFSA təşkilatı  ABŞ-da 2016-2017-ci tədris ili üçün olan ali təhsil göstəricilərini açıqlayıb. Statistikaya əsasən, ölkəyə 1 milyon 78 min 822 əcnəbi tələbə gəlib. Beynəlxalq tələbə bazarında ən böyük rəqib olan Amerika bu yolla iqtisadiyyatına da hər il milyonlarla dollar gəlir gətirir.

NAFSA-nın 2016-2017-ci il göstəricilərinə görə, 1 milyon 78 min 822 əcnəbi tələbə Amerika iqtisadiyyatına 36,9 milyard dollar gəlir verib. Bu axın ölkədə 450 331 iş yerinin yaradılmasını təmin edib.

Qeyd edək ki, təxmini 5 milyona yaxın əcnəbi tələbə bazarının 21%-i ABŞ-ın əlində cəmlənib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları