Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 13:11:00
Dünyanın yeni bahalı biznesi – tələbə bazarı – Varlanacaq ölkələr hansılardı?

Əcnəbi tələbə bazarında müxtəlif ölkələrin rəqabəti getdikcə artır. Bu sahədə ölkələrin iqtisadiyyatı milyardlarla dollar qazandıqca ali təhsilin keyfiyyətini də artırmağa çalışırlar.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Təhsil Nazirliyi bu istiqamətli yeni işlər üzərində çalışır. Proqram Qərbi Avropa və ABŞ ilə müqayisədə Rusiyaya daha çox əcnəbi tələbə cəlb etməyi hədəfləyir.  Proqramın şərtlərinin isə ilin sonunda dəqiqləşəcəyi bildirilir.

Layihələr nəticəsində ölkədə ingiliscə təhsil proqramlarının sayında xüsusi artım olacaq. Bu məqsədlə universitet və kolleclərdə koordinasiya işləri gücləndiriləcək. Eyni zamanda, təqaüd və viza məsələlərini asanlaşdıracaq dəyişikliklər olunacağı bildirilir. Yeni proqramlar sayəsində ölkə hazırki 250 000-ə qədər  olan əcnəbi tələbə sayını 2020-ci ilədək 310 000, 2015-ci ilə qədər isə 710 000-ə qədər artırmağı hədəfləyib.

Dünyada tələbəsi xarici ölkələrdə ən çox  təhsil alan ölkə Çin hesab olunur. Çin Təhsil Nazirliyinin 2017-ci il göstəricilərinə əsasən, təxminən, 610 000 yerli tələbə xaricdə təhsil alır.  Onların əksəriyyəti Avropa və Amerikanın güclü iqtisadiyyatın hesabına keyfiyyəti ilə seçilən universitetlərini seçirlər. Ümumiyyətlə, son illər xaricə üz tutan çinli tələbələrin sayında artım müşahidə olunur. 10 il əvvələdək təhsilini başa vuran hər 7 tələbədən 1-i ölkəyə qayıdırdısa, artıq bu say 6-a yüksəlib. Çin dünyanın ilk əllilikdə yer alan lider universitetlərinə sahib olması ilə diqqət çəkir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları