Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 10:55:00
Vacib mövzuların öyrənildiyi təlim - Bütün QHT-lər faydalanmalı
30 iyul-01 avqust 2022 ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Mingəçevir şəhərində təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı “ adlı təlimi keçirildi.
 
 
Təlimin məqsədi qeyri-hökumət təşkilatlarının gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi layihələrinin beynəlxalq standartlara və beynəlxalq təşkillatların tələblərinə cavab verəcək səviyyədə hazırlanması istiqamətində peşəkarlıq səviyyəsinin artırılması üçün nəzərdə tutulmuşdu .
Təlimlər ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov tərəfindən aparıldı.
 
Üç gün ərzində keçirilən bu təlimlərdə iştirakçılara “Dataların yığılması və təhlili”, “Logframe - Məntiqi çərçivənin hazırlanması və dizaynı” “Qərar qəbul etmək üçün məlumatların toplanması və təhlili”, “Layihənin icra strategiyası hazırlanması” “Siyasətin təhlili və dövlət siyasəti- siyasi xülasələr və tədqiqatlar necə yazılmalıdır”?, “Layihə metodologiyasının müəyyən edilməsi” mövzularında təlimlər keçirildi.
 
Təlimlərin yekunu olaraq iştirakçılara onlayn imtahan keçirildi. İmtahan prosesində iştirakçılar 3 gün ərzində təlimlərdən əldə etdikləri bilikləri sınaqdan keçiridilər İmtahan bitdikdən sonra online olaraq yekun cavablar iştirakçıların mobil telefonlarına göndərildi. Təlimin sonunda iştirakşılara sertifikatlar təqdim olundu.
 
 
Təlimin iştirakçılarından olan İZ- mədəniyyətin inkişafına dəstək ictimai birliyinin sədri Fəridə Mirişovanın sözlərinə görə, təlim özünün yüksək təşkilatçılıq xüsusiyyəti ilə seçilib:
 

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən bu təlim ilk dəfə olsa da təşkilatçılıq, məkan bütün incəliynə qədər zövqlə düşünülmüşdü . Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın iştirakçılara olan yanaşma tərzi, eləcə də göstərdikləri diqqət olduqca gözəl idi Agentliyin hər bir personalı , işçi heyəti ayrı- ayrılıqda qayğısını, əməklərini əsirgəmədilər. Qidalanma və asudə vaxtin təşkilinə isə söz ola bilməzdi".
 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi ilə ilk dəfə keçirilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı “ adlı təlimi öz mükəmməl təşkilatçiliqi ilə yadda qaldı.