Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-01 17:01:00
Tarixi abidələrimiz yenidən "dirilir" - Mühüm töhfə

Qazax şəhərində tezliklə möhtəşəm tarixi abidə tarixi kvartal şəklində bərpa-restavrasiya olunduqdan sonra ziyarətçilər üçün qapılarını açacaq!

ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasının tarixi binasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil Ağa hamamında və Cümə məscidində işlər bütün sürətilə davam edir. Bu tarixi kvartal Qazax şəhərinin fundamental abidə kompleksi qismində şəhərin qədimliyi baxımından müstəsna əhəmiyyət kəsb edəcək. Qeyd olunan abidələrdən ibarət tarixi-memarlıq kvartalının formalaşması gələcəkdə ziyarətçi sayının artmasına töhfə verəcəkdir.17:00