Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-30 10:00:00
Bağçalara uşaqların onlayn qəbulu, müəllimlərin imtahanla işə götürülməsi inkişafın nəticəsidir-Şöbə müdiri

“Hər kəsə aydındır ki, respublikamızda məktəbəqədər təhsilinin səviyyəsi qaneedici deyildi. Prezident İlham Əliyevin imzaladığı fərmanlar bu sahənin inkişafına yönəlib. 2021-ci il dekabrın 20-də məktəbəqədər təhsil müəssisələrinə nəzarətin Təhsil və Elm Nazirliyinə tapşırılması ilə ciddi işlərə başlanıldı”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova deyib. O, məktəbəqədər təhsil sistemində onlayn sistemin tətbiqini yüksək qiymətləndirib:

 

“Təhsil və Elm naziri Emin Əmrullayev  media üçün brifinqdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti yönündə fikirlərini səsləndirdi. Qeyd etdi ki, həm bu müəssisələrin keyfiyyəti yüksəldilməli- idarəetmə təkmilləşməlidir, həm də respublika üzrə 95%-i əhatə etməlidir.

Dünən prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Nazirliyin yanında 2 yeni agentlik yaradılıb ki, bunlardan biri məktəbəqədər təhsil müəssisələri əhatə edir. Məhz bu sahənin daşıyıcısı olaraq  bağçalarla bağlı belə qərarların verilməsini alqışlayıram. Həmçinin uşaqların onlayn qəbulu, müəllimlərin imtahanla işə götürülməsi inkişafın nəticəsidir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları