Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-26 11:46:00
Yerə 122 metrlik asteroid yaxınlaşır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) iyulun 30-da 2016 CZ31 asteroidinin Yerin yanından keçəcəyini bildirib.

 

AzEdu.az xəbər verir ki, bu barədə  NASA-nın Reaktiv Hərəkət Laboratoriyası məlumat yayıb.

 

NASA-nın məlumatına görə, kosmik daşın diametri təxminən 122 metrdir. O,  saat 02:02-də 2,8 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq.

 

Asteroidin sürəti saatda təxminən 55.500 km-dir.