Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-25 18:00:00
Etibar Əliyev “Facebook”dan getdi

Millət vəkili Etibar Əliyev “Facebook” hesabını bağlayıb. 

 

Sosial şəbəkədə kifayət qədər aktiv olan, xüsusilə elm və təhsillə bağlı paylaşımlar edən deputat sözügedən sosial platformadan uzaqlaşmaq qərarı verib. Deputatın hansı səbəbdən belə bir addım atmasının səbəbi məlum deyil.

 

Bildirək ki, E. Əliyev sosial şəbəkələr və həmçinin mediada daimi tənqid olunan və tənqidlərin heç birini cavabsız qoymayan deputatlardandır. Hələ ötən il o sosial şəbəkədə paylaşdığı elmi yazılara heç bir reaksiya verilməməsindən şikayətlənmiş, paylaşımlarına biganə yanaşanları dostluğunu tərk etməyə çağırmışdı. Görünür, deputat özü virtual aləmi tərk etməyin daha məqsədəuyğun olduğunu düşünüb.

 

Yeni Sabah