Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-25 17:49:00
Prezident sinif yoldaşını baş nazir təyin etdi
 

Parlamentdə deputatlar tərəfindən keçirilən səsvermədə dövlət başçısı seçilən R.Vikremesinqe ölkənin yeni baş nazirini müəyyənləşdirib.

 

Andiçmə mərasimindən sonra Şri-Lankanın yeni prezidenti Ranil Vikremesinqe əvvəlki kabinetlərdə müxtəlif nazir vəzifələrində çalışmış Dineş Qunavardenanı baş nazir təyin edib. O, bundan əvvəl su təchizatı və drenaj, təhsil və xarici işlər nazirləri vəzifələrində çalışıb.

 

Prezidentin məktəb yoldası və dostu olduğu deyilən 73 yaşlı Qunavardena parlamentdəki andiçmə mərasimindən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

 

Publika.az