Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-25 16:23:00
UNEC-in tələbəsi ölkə birincisi oldu

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat məktəbinin (İSE) maliyyə ixtisasının 3-cü kurs tələbəsi Natiq Cəfərov ACCA Performance Management imtahanından 88 bal toplayaraq, Azərbaycan üzrə ölkə birincisi olub.

 

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

 

Qeyd edək ki, N.Cəfərov hazırda PwC şirkətində audit vəzifəsində çalışır.