Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-25 15:46:00
Riyaziyyat fənni üzrə əlavə test imtahanı ilə bağlı apellyasiya müraciətlərinə start verilib

Bu gün saat 15:00-dan etibarən riyaziyyat fənni üzrə əlavə test imtahanlarında iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

 

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.