Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-25 14:51:00
Bu layihə çərçivəsində videoçarx hazırlanıb

BMT-nin Əhali Fondunun və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində videoçarx hazırlanıb.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, videoçarxda gender bərabərliyi ən əsas insan hüquqlarındandır, gender tərbiyəsinə ailə və məktəbdən başlanılmalıdır, qız və oğlan uşaqlarının bərabərhüquqlu olması faktı birmənalı olaraq cəmiyyət tərəfindən qəbul edilməlidir prinsiplərimə xüsusi diqqət yetirilir. Məhz bu prinsipi rəhbər tutaraq cəmiyyətdəki mövcud gender ayrı-seçkiliyinə və bərabərsizliyinə son qoyulmalıdır.

 

Videoçarxı Təhsil İnstitutunun saytında izləmək olar.