Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-25 13:02:00
Prezident bu rayonlara icra başçıları təyin etdi - Sərəncam

Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Azedu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.