Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-25 12:34:00
Sabaha gözlənilən hava proqnozu

İyulun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

 
 
Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
 
 
 
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
 
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
 
 
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.