Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 15:20:49
Yeni tələbə olanların nəzərinə - Bacarsanız, bu qədər təqaüd ala bilərsiniz!  

Ali təhsil müəssisələrinə yeni qəbul olunan tələbələri maraqlandıran məsələlərdən biri də alacaqları təqaüddür.

AzEdu.az tələbə adını yeni qazananların bu narahatlığını nəzərə alaraq onları məlumatlandırmaq  məqsədilə dövlət tərəfindən ayrılan təqaüdlərin miqdarını təqdim edir:

Öncə qeyd edək ki, həmin semestr imtahanlarında ortalama 91-100 aralığında bal toplayanlar əlaçı, 81-91 aralığında bal toplayanlar həvəsləndirici (zərbəçi), 51-81 aralığında nəticə göstərənlər isə adi təqaüd alırlar.

Azərbaycan Respublikası prezidentinin  2013-cü il 30 avqust tarixli sərəncamı ilə ali təhsil müəssisələrinə qəbul olunan prezident təqaüdçüləri 181.50 manat təqaüd alırlar. Prezident təqaüdü hər ixtisas üzrə ən yüksək nəticə göstərən 25 abituriyentə verilir.

Bakalavr pilləsinə qəbul olunan tələbələrin alacaqları təqaüd isə onların semestr qiymətlərindən asılı olaraq dəyişir. Bu tələbələrin alacaqları adi təqaüdün miqdarı 60.50, həvəsləndirici 96.80, əlaçı təqaüd isə 114.95 manatdır.

Magistratura pilləsinə qəbul olunanların alacaqları təqaüd miqdarı isə bir qədər fərqlənir. Magistrantlar semestr qiymətlərinə uyğun olaraq 66.55 manat adi, 102.85 manat həvəsləndirici, 127.05 manat isə əlaçı təqaüdü alırlar.

Qeyd edək ki, universitetlərə ödənişsiz əsaslarla qəbul olunanlar ilk tədris semestri ərzində təqaüd alırlar. Növbəti semestrlərdə isə ödənişli əsaslarla təhsil alanların da təqaüd qazanma şansı var. Yəni, növbəti semestrlərdə kimin təqaüd alması həmin semestrin nəticələrinə əsasən müəyyən olunur. Bu zaman tələbənin ödənişli və ya ödənişsiz əsaslarla qəbul olunması heç bir rol oynamır. Əsas məsələ semestr nəticələrinə görə akademik göstəricilərin yüksək olmasıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları