Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-20 12:22:00
Xaricdə doktorantura təhsili almaq istəyənlərin qəbulu aparılır

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbulu aparılır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqrama sentyabrın 1-dək müraciət etmək olar. Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki Təhsil Nazirliyinin saytında yerləşdirilib. Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək olar.

 

Qeyd edək ki, proqram iştirakçılarının təhsili Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.