Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-20 11:54:00
MİQ-də namizədlər ibtidai sinif üzrə test imtahanında yüksək nəticə göstəriblər  

Müəllimlərin işə qəbulu müsabiqəsinin ibtidai sinif üzrə test imtahanı mərhələsində namizədlər yüksək nəticə göstəriblər.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, Səmayə Haqverdiyeva və Aytən Əskərova 95, Səbinə Hüseynova, Günay Aydəmirova, Cavahir Ələsgərova və Kəmalə Quliyeva isə 93,75 bal toplayıblar.