Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 16:47:00
Koronavirusa yoluxanların sayı 250-ni keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, 4 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 794 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 090 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 096 aktiv xəstə var. Bu günə qədər 9 727 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 648, bu günə qədər isə ümumilikdə 7 008 073 test icra olunub.