Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 14:33:00
Sertifikasiya prosesinə dair görüş keçirildi-Müzakirələr aparıldı

Quba və Qusar rayonlarında direktor, direktor müavinləri və ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Görüşdə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev sertifikatlaşdırma ilə bağlı görülən dəstək tədbirlərinin əhəmiyyətini vurğulayıb, təhsilverənlərə uğurlar arzulayıb.

 

Daha sonra Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva sertifikatlaşdırma prosesinin əhəmiyyətindən danışıb, təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı təqdimatla çıxış edib.

 

Görüşdə sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səslənib, çərçivə sənədi və ibtidai təhsil, metodika üzrə nümunə test tapşırıqları izah edilib.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.