Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 16:46:00
Osman Gündüz dövlət qulluğundakı  PROBLEMDƏN danışdı

 

 

“Dövlət qulluğu verən iddiaçılardan bəziləri öncədən heç  məlumat vermədən, üzürsüz səbəbdən müsahibəyə qatılmayıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz  deyib.

 

O, dövlət qulluğunun müsahibə mərhələsində rast gəlinin problemə toxunub:

 

“Bu gün növbəti dəfə dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı DİM-in müsahibə komissiyasının iclası təyin olundu.

 

Son zamanlar müsahibələr onlayn formada keçirilir.

 

Təəssüf ki, onlayn toplantımız baş tutmadı.

 

Səbəb isə odur ki, dövlət qulluğuna namizəd müsahibəyə qatılmayıb.

 

Ümumiyyətlə, zaman-zaman komissiyanın iclaslarında bu tip hallar baş verir. Bəzi iddiaçılar yenə də öncədən heç  məlumat vermədən, üzürsüz səbəbdən müsahibəyə qatılmırlar”.

 

O, vurğulayır ki, dövlət qulluğuna iddia edən namizəd hətta onlayn formada keçirilən müsahibəyə də qatılmır və etinasızlıq göstərir:

 

“Nəticədə isə, mənasız yerə zaman və dövlət resursları sərf olunur.

 

Əvvəllər namizəd, sertifikatının olduğu müddətdə 40-50 dövlət vəzifəsinə iddia edə bilirdi. Hansı ki, iştirak etmədiyi və iştirakdan imtina etdikləri müsahibələrin sayı da yetərincə olurdu.

 

Lakin ötən il qanunvericiliyə dəyişiklik edilib. Qeydiyyata məhdudiyyət qoyulub. Yeni qaydalara görə dövlət qulluğu sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində yalnız 5 müsahibədə ödənişsiz, 5-dən artıq müsahibədə isə ödənişli iştirak edə bilər.

 

Yəni, bizim bu gün ASAN Xidmətdə vəzifə tutmaqla bağlı müsahibəyə qatılmayan, mənasız yerə komissiyanın toplantısının keçirilməsinə səbəb olan namizədimiz artıq pulsuz müsahihə hüququnun birisni itirmiş olub.

 

Ümid edirəm dövlət qulluğuna iddia edən digər namizədlər də bunu nəzərə alacaqlar.

 

Görünür ki, müsabiqə qaydalarını daha da təkmilləşdirmək lazımdır. Bir neçə gün öncə DİM tərəfindən təşkil olunan “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsinin rəsmi açılışında çıxış edərkən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdiriləcəyini bildirib.

 

Yeri gəlmişkən, Tarif Şurası bir il keçməsinə baxmayaraq indiyədək dövlət qulluğuna qəbul üzrə 5-dən artıq müsahibəyə iddi edənlər üçün ödəniş haqqını müəyyən edə bilməyib”.