Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 15:46:00
II və III qruplar üzrə imtahan nəticələri nə zaman elan olunacaq?-DİQQƏT  

6-7 İyul tarixlərində II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ikinci şans imtahanları keçirildi.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bu imtahanların nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.

 

DİM-dən bildirilib ki, nəticələr hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil.

 

Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə imtahanlar isə 21 İyulda keçiriləcək.