Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 12:32:00
Bağçalara qəbulda müsahibə mərhələsi olmayacaq-RƏSMİ

 

 

Uşaqların məktəbəqədər təhsil müəssisələrində müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılmayacaq.

 

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, valideyn (qanuni nümayəndə) məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U)) məktəbəqədər təhsil müəssisəsinə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.

 

 

Qeyd edək ki, 18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilir. Proses 14 sentyabr tarixinədək davam edəcək.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları