Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-16 10:59:00
“ASAN xidmət”də magistraturaya sənəd qəbulu xidməti fəaliyyət göstərir

İyulun 15-dən vətəndaşlar Təhsil Nazirliyinin xidmətləri təklif olunan 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərində ali təhsilin magistratura pilləsi üzrə elektron sənəd qəbulu xidmətindən də yararlana biləcəklər.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar ali təhsil müəssisəsinə getmədən https://portal.edu.az/  saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə sənəd qəbulunu həyata keçirə bilərlər. Qeydiyyat zamanı çətinlik yaşayan vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, mərkəzlərdə sözügedən xidmətlə yanaşı, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, cari təhsilalanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlanmaq mümkündür.

Xidmətlər haqqında daha ətraflı məlumatılinkdən əldə etmək olar.