Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-15 09:00:00
BDU-nun müəllimi vəfat edib

 

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Ayaz Musayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə AzEdu.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

 

Ayaz Musayev,  Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi olub.

 

O, 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970 - ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 1982-1985-ci illərdə Moskva Poliqrafiya İnstitutunda redaktor ixtisası üzrə ikinci ali təhsil alıb. 1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, "Müxbir", 1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin "Kitablar aləmində" jurnallarında ədəbi işçi vəzifələrində çalışıb. 1974-2004-cü illərdə "İşıq" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib.

 

1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 2004-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim işləyib.

 

Allah rəhmət eləsin!