Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-13 15:17:00
Təmizlik ifrat dərəcədə olmamalıdır - Həkimdən ÇAĞIRIŞ  

Təmizliyə tam riayət olunsa da, uşaqlar infeksiyaya yoluxa, xəstələnə bilər.

 

AzEdu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov söyləyib.

 

“Təmizlik ifrat dərəcədə olmamalıdır.  Hər şeyi strelizə etmək düzgün deyil. Mikrob olmazsa bədən özü ilə mübarizəyə başlayır. Əgər təmizliyə tam riayət olunursa və uşaq tez-tez xəstələnirsə uşağı araşdırmaq lazımdır. Həmin uşaqda immunitet çatışmazlığı ola bilər.

Uşaqda böyük, məktəbə gedən bacı və ya qardaş vars, uşaq bu zaman da tez-tez xəstələnə bilər. Məktəbə gedən uşaq xəstə olmasa belə çöldən infeksiya gətirə bilər”, - deyə həkim bildirib. (modern.az)